Şəlalədə batan 32 yaşlı şəxsin meyiti tapıldı
17:15
Lənkəran rayonunda bir nəfərin şəlalədə çimərkən batması ilə bağlı məlumat daxil olub.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun ucqar dağ kəndlərindən olan Biləsər kəndi ərazisində, Hirkan Milli Parkında yerləşən Bum şəlaləsində baş verib.
Məlumata görə, FHN-in Cənub Regional Mərkəzinə bir nəfərin suda batması barədə məlumat daxil olduqdan sonra hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Hazırda batdığı ehtimal olunan şəxsin tapılması və kimliyinin müəyyənləşdirilməsi istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
***
Lənkəran rayonu, Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində batan şəxsin meyiti sudan çıxarılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Elvin Asif oğlu Quliyevun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.