Cəmiyyət

Azərbaycanda güclü zəlzələ oldu - Yeniləndi

12 Jun 2026, 15:28 11 baxış
Azərbaycanda güclü zəlzələ oldu - Yeniləndi

15:16


Bu dəqiqələrdə Azərbaycanın şimal-qərb rayonlarında zəlzələ baş verib.


Axar.az xəbər verir ki, zəlzələ Oğuz və Ağdaş daxil olmaqla bir neçə rayonda hiss edilib.


Smartfonlara gələn xəbərdarlıqda zəlzələnin maqnitudasının 5,1 bal olduğu qeyd olunub.


***


Qəbələ rayonunda zəlzələ qeydə alınıb.


Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin nəzdində fəaliyyət göstərən Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.


Məlumata əsasən, zəlzələ Qəbələ stansiyasından 11 kilometr cənub-qərbdə, Qəbələ rayonu ərazisində qeydə alınıb.


Bildirilib ki, yeraltı təkanlar episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər