Dünya

İranın anbarlarının bombalanması səbəbindən 20 min insan susuz qalıb - VİDEO

10 Jun 2026, 14:12 1 baxış
İranın anbarlarının bombalanması səbəbindən 20 min insan susuz qalıb - VİDEO
ABŞ-nin İranın su anbarlarına endirdiyi zərbələr nəticəsində Hörmüzqan əyalətinin ən azı 20 min sakini su təchizatından məhrum olub. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə əyalətin su təchizatı və kanalizasiya sistemi üzrə şirkətinin baş direktoru Həmzə Pur məlumat verib.
"Kuhestak şəhəri və ümumi əhalisi 20 min nəfər olan Bamani rayonunun 10 kəndi üçün nəzərdə tutulmuş, müvafiq mexaniki avadanlıqları olan 500 və 2 min kubmetr tutumlu iki beton çən də daxil olmaqla, içməli suyun paylanması infrastrukturu ABŞ qoşunlarının hücumları nəticəsində dağılıb", - deyə o bildirib. Şirkət direktoru qeyd edib ki, hazırda yaşayış məntəqələrinə su verilməsi dayanıb və alternativ təchizat variantları hazırlanır.
Mənbə oxu.az

Oxşar Xəbərlər