Dünya
Konqres UNO barədə gizli məlumatları açıqlayanların toxunulmazlığını tələb edir
Vaşinqtondan ABŞ-nin yadplanetli həyatın mövcudluğu ilə bağlı məxfi məlumatlara malik olması barədə informasiya gəlməkdə davam edir. Oxu.Az xəbər verir ki, bu barədə Kp.ru məlumat yayıb. Konqresmen Anna Paulina Lunanın sözlərinə görə, hazırkı hökumət bu mövzuya xüsusi diqqət ayırıb. Yadplanetlilərə olan maraq səbəbindən Konqres üzvləri Ağ Evdən UNO-lar haqqında məxfi məlumatlar açıqlayanlara qarşı cinayət məsuliyyətindən toxunulmazlıq verilməsini xahiş edirlər. O bildirib ki, bir sıra qanunvericilər yadplanetli mövzusu üzrə informasiya verənlərin müdafiəsi ilə bağlı aktların qəbuluna nail olmağa çalışırlar, lakin bu təşəbbüslər fəal şəkildə əngəllənir. "Növbəti fəaliyyət çağırışımız ondan ibarət olacaq ki, biz Ağ Evin nümayəndələri ilə görüşəcəyik. Biz informasiya verənlərə müvəqqəti və ya daimi immunitet verilməsini xahiş edirik", - deyə Anna Paulina Luna bəyan edib.
Mənbə
oxu.az