Dünya

BVF Ermənistana 25 milyon dollar məbləğində maliyyə vəsaiti ayırıb

10 Jun 2026, 11:16 3 baxış
BVF Ermənistana 25 milyon dollar məbləğində maliyyə vəsaiti ayırıb
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Nikol Paşinyanın partiyasının parlament seçkisindəki qələbəsindən sonra Ermənistana təqribən 25.1 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını təsdiq edib. Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi açıqlamasında bildirilib. Qeyd olunub ki, Ermənistana 18.4 milyon dollar xüsusi borcalma hüququna (SDR) bərabər məbləğ veriləcək. Əvvəlki tranş da nəzərə alınmaqla, proqram çərçivəsində əldə edilə bilən maliyyələşmənin ümumi həcmi təqribən 50.2 milyon dollara çatacaq. BVF-dən qeyd edilib ki, Ermənistan hökuməti müvafiq razılaşmanı hələ də profilaktik dəstək mexanizmi kimi dəyərləndirir və ayrılmış vəsaitlərdən yalnız ciddi zərurət yarandığı halda istifadə etməyi planlaşdırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər