Dünya
Yeni Zelandiyada güclü zəlzələ
Sakit okeanda, Yeni Zelandiyaya məxsus Oklend adaları bölgəsində altı maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Yeraltı təkanlar Yeni Zelandiyanın Cənub adasındakı Danidin şəhərindən 637 kilometr cənub-qərb istiqamətində baş verib. Zəlzələ ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Dağıntı və zərərçəkənlər barədə məlumat verilməyib.
Mənbə
oxu.az