Dünya
NASA "Artemis III" missiyasının heyətini açıqladı
NASA rəhbəri Cared Ayzekman ABŞ-nin Ay proqramı çərçivəsində 2027-ci ildə Yerətrafı uçuş həyata keçirməli olan "Artemis III" missiyasının heyətini təqdim edib. Oxu.Az bu barədə "İnterfax" agentliyinə istinadən xəbər verir. Heyətə üç amerikalı astronavt - Andre Duqlas, kosmik uçuşların sayına görə rekordçu Frenk Rubio, Rendi Bresnik, həmçinin Avropa Kosmik Agentliyindən (ESA) olan italyan astronavt Luka Parmitano daxil edilib. Astronavtlar iki həftəlik uçuşa yollanacaqlar ki, bunun da məqsədi insanların 50 ildən çox müddətdən sonra ilk dəfə Ayın səthinə qayıtması üçün həyati əhəmiyyətli hesab olunan müxtəlif texnologiyaları sınaqdan keçirməkdir. Missiyanın uçuşunun gələn ilin aprelində Floridadakı kosmodromdan "Orion" gəmisi vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Gəmini orbitə "Space Launch System" daşıyıcı raketi çıxaracaq.
Mənbə
oxu.az