Dünya
Hansı tərəfimiz üzərində yatmalıyıq? - Həkim geniş yayılmış mifi təkzib etdi
Sağlamlıq üçün ən faydalı yuxu pozasının məhz sol böyür üstə yatmaq olduğuna dair yayılan fikirlər yanlışdır. Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı neyrofizioloq Fadi Hallal İspaniyanın "Hola" nəşrinə müsahibəsində bildirib. Həkim izah edib ki, sol tərəfdə yatmaq yalnız müəyyən hallarda, məsələn, hamiləliyin son dövrlərində və ya qastroezofageal reflüks (mədə möhtəviyyatının qida borusuna geri qayıtması) zamanı faydalıdır. F.Hallalın sözlərinə görə, mütləq hər kəs üçün yararlı olan universal yuxu pozası mövcud deyil. "Ən yaxşı vəziyyət yaxşı istirahət etməyə və ağrısız oyanmağa imkan verən vəziyyətdir", - deyə neyrofizioloq qeyd edib. O, yuxu pozasını səhərlər insanın özünü necə hiss etdiyinə əsasən fərdi qaydada seçməyin vacibliyini vurğulayıb.
Mənbə
oxu.az