Dünya

Tarixdə ilk: İnsana qocalmanı geri çevirən dərman vuruldu

10 Jun 2026, 02:00 3 baxış
Tarixdə ilk: İnsana qocalmanı geri çevirən dərman vuruldu
İnsan orqanizminə qocalmanı geri çevirməyi vəd edən yeni preparat vurulub. Oxu.Az xəbər verir ki, bu barədə "Life Biosciences" nəşri xəbər yayıb. Məlumata görə, ilk xəstəyə hüceyrələrin yenidən proqramlaşdırılması və yaşla əlaqəli xəstəliklərlə mübarizə aparılması üçün inyeksiya edilib. Əvvəllər bu metod yalnız heyvanlar üzərində sınaqdan keçirilirdi. İndi isə "gənclik iksiri" adlanan bu preparat insan bədəninə yeridilib. Alimlər xəstənin vəziyyətini izləyəcək və ilkin dəyişiklikləri öyrənəcəklər. İnsanlar üzərində ilk uğurlu sınaq qocalma əleyhinə terapiyada yeni bir dövrün başlanğıcını qoya bilər. Məqsəd hüceyrələri cavanlaşdırmaq və DNT ekspressiyasını yaxşılaşdırmaqdır. İnyeksiya qlaukoma xəstəliyi olan xəstənin gözünə vurulub. Altı ay ərzində alimlər effektivliyi, həkimlər isə metodun təhlükəsizliyini qiymətləndirəcəklər. Qeyd olunur ki, bu, uzunömürlülük elmində dönüş nöqtəsidir. İlk dəfə olaraq imkan yaranır ki, qocalmış hüceyrələrə gəncliyi qaytaran epigenetik proqramlaşdırmanın qocalmanı yavaşlada biləcəyi sübut edilsin.
Mənbə oxu.az

Oxşar Xəbərlər