Dünya

ABŞ İrana zərbələr endirməyə başlayıb

10 Jun 2026, 02:02 3 baxış
ABŞ İrana zərbələr endirməyə başlayıb
ABŞ "Apache" helikopterinin vurulmasına cavab olaraq İrana qarşı zərbələr endirməyə başlayıb. xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb. "ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri bu gün Şərq vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə iyunun 10-u saat 01:00 - red.) ali baş komandanın göstərişi ilə ABŞ ordusuna məxsus "Apache" helikopterinin dünən məhv edilməsinə cavab olaraq özünü müdafiə məqsədilə İrana zərbələr endirməyə başlayıb", - deyə paylaşımda bildirilir. CENTCOM vurğulayır ki, ABŞ ordusunun hərəkətləri "İranın əsassız təcavüzünə mütənasib bir cavab" olub.
Mənbə oxu.az