Dünya

İsveçdə jurnalist xüsusi xidmət orqanlarını aldadaraq baş nazirin malikanəsində işə düzəlib

09 Jun 2026, 23:24 2 baxış
İsveçdə jurnalist xüsusi xidmət orqanlarını aldadaraq baş nazirin malikanəsində işə düzəlib
Qadın jurnalist süni intellekt tərəfindən yaradılmış fotoşəkil və uydurma addan istifadə edərək özünü təqdim edib və İsveçin Baş naziri Ulf Kristerssonun həyat yoldaşının malikanəsində könüllü kimi işə düzəlib. Oxu.Az bu barədə "Aftonbladet" nəşrinə istinadən xəbər verir. Nəşrin müxbiri Liza Röstlund Kristerssonun həyat yoldaşı Birqitta Edə məxsus "Vängården Fållökna" mülkündə könüllü kimi işə düzələrək baş nazirin mühafizə sistemindəki zəif nöqtələri aşkarlayıb. Qeyd olunur ki, birinci xanım binanın təmirinə kömək etmək üçün könüllüləri dəvət edir və bunun müqabilində onları "nüfuzlu şəbəkəyə" daxil etməyi təklif edir. Jurnalist müraciəti üçün uydurma addan və süni intellekt vasitəsilə dəyişdirilmiş fotosundan istifadə edib. O, demək olar ki, dərhal mülkdən təsdiq cavabı alıb. O, "Vängården Fållökna"ya gəldikdə İsveç Təhlükəsizlik Xidmətinin ("Säpo") mühafizəçiləri ilə qarşılaşıb, lakin onlar jurnalistin sənədlərini və əşyalarını yoxlamayıblar. Beləliklə, L.Röstlund binaya diktofon keçirə bilib. Mülkə daxil olan jurnalist bütün günü baş nazir və həyat yoldaşının əhatəsində keçirməyə nail olub. İsveçin birinci xanımı hətta jurnalisti şəxsi yataq otağına aparıb və onu orada bir neçə dəqiqə tək qoyub. Mülkdə olduğu müddətdə müxbir baş nazir və ailəsinin gündəlik rejimi, eləcə də onların təhlükəsizliyi barədə ictimaiyyətə açıqlanmayan bir çox məlumatlar eşidib. İsveç Təhlükəsizlik Xidməti məsələ ilə bağlı ətraflı şərh verməkdən imtina edərək, mülkü deyil, şəxsən baş naziri qorudqlarını qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər