Dünya

Rusiyada xarici servislərlə avtorizasiyaya görə cərimələr tətbiq edildi

09 Jun 2026, 23:48 2 baxış
Rusiyada xarici servislərlə avtorizasiyaya görə cərimələr tətbiq edildi
Rusiya Dövlət Duması internetdə istifadəçilərin avtorizasiya qaydalarının pozulmasına görə cərimələr nəzərdə tutan qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib. Oxu.Az xəbər verir ki, qanun layihəsi parlamentin qanunvericilik bazasında dərc olunub. Sənədə əsasən, Rusiya internet resurslarının sahibləri istifadəçilərin avtorizasiyasını yalnız yerli alətlər vasitəsilə həyata keçirməlidirlər. Bunlara mobil telefon nömrəsi, "Qosuslugi" (Vahid İdentifikasiya və Autentifikasiya Sistemi), Vahid Biometrik Sistem və ya yerli avtorizasiya xidməti daxildir. Avtorizasiya qaydalarının ilk dəfə pozulmasına görə fiziki şəxslər 10 min rubldan (təxminən 235 manat) 20 min rubla (təxminən 470 manat), vəzifəli şəxslər 30 min rubldan (təxminən 700 manat) 50 min rubla (təxminən 1 180 manat), hüquqi şəxslər isə 500 min rubldan (təxminən 11 810 manat) 700 min rubla (təxminən 16 530 manat) qədər cərimə gözləyir. Pozuntu təkrarlandıqda məbləğlər artırılır: vətəndaşlar üçün 40 min rubla (təxminən 945 manat), vəzifəli şəxslər üçün 100 min rubla (təxminən 2 360 manat), hüquqi şəxslər üçün isə 1,4 milyon rubla (təxminən 33 min manat) qədər. Qanun, həmçinin tövsiyəedici alqoritmlərin tətbiqi qaydalarının pozulmasına görə məsuliyyət müəyyən edir. İstifadəçilərə belə texnologiyalardan istifadə olunduğu barədə məlumat verilmədikdə, onların tətbiq qaydaları və ya resurs sahibinə dair məlumat yerləşdirilmədikdə cərimələr tətbiq olunacaq. Bundan əlavə, "Roskomnadzor"un tövsiyəedici texnologiyalar vasitəsilə məlumatların təqdim edilməsinin dayandırılması ilə bağlı göstərişini yerinə yetirməyən şirkətlər də cərimələnəcək. Təkrar pozuntu halında maksimal cərimə məbləği 2.8 milyon rubla qədər yüksələ bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər