Dünya

Dağıstanda qazpaylayıcı stansiyada partlayış baş verib - VİDEO

09 Jun 2026, 22:14 2 baxış
Dağıstanda qazpaylayıcı stansiyada partlayış baş verib - VİDEO
Dağıstanın Kizilyurt sənaye zonasında qazpaylayıcı stansiyada yanğın qeydə alınıb. Oxu.Az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına əsasən, magistral qaz kəmərində üç partlayış baş verib. Yanğının söndürülməsinə 25 nəfər və 7 texnika cəlb olunub.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur. Ətrafdakı fərdi evlərdə yaşayan sakinlər təhlükəsizlik məqsədilə təxliyə ediliblər. Hadisənin səbəbləri araşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər