Dünya

Nigeriyada vəba epidemiyası: 70-dən çox ölən var

09 Jun 2026, 21:24 2 baxış
Nigeriyada vəba epidemiyası: 70-dən çox ölən var
Nigeriyanın şimal-şərqindəki Borno ştatında vəbaya yoluxanların sayı 7 850 nəfərə, ölənlərin sayı isə 74-ə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatına istinadən məlumat verib. Epidemiya ictimai səhiyyə sahəsində fövqəladə vəziyyəti hesab olunur və təcili tədbirlərin görülməsini tələb edir. Nigeriya Səhiyyə Nazirliyinin məlumatına görə, epidemiya Borno ştatının 36 rayonuna yayılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər