Dünya

Ermənistanda Samvel Karapetyanın blokundan iki nəfər həbs edildi

09 Jun 2026, 20:16 2 baxış
Ermənistanda Samvel Karapetyanın blokundan iki nəfər həbs edildi
Ermənistan İstintaq Komitəsi rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" blokundan daha iki deputatlığa namizədin həbs edildiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, "Güclü Ermənistan" blokundan olan altı deputatlığa namizədlə bağlı cinayət işi açılıb. "Cinayət işi üzrə ibtidai istintaq çərçivəsində saxlanılma qərarları qəbul edilib. İstintaq zamanı namizədlərdən ikisi saxlanılıb və onlar barəsində həbs qətimkan tədbiri seçilib", - deyə məlumatda bildirilir. İstintaq Komitəsi saxlanılan şəxslərin çirkli pulların yuyulması əməlində iştirak etmiş ola biləcəyini iddia edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər