Dünya

bp şirkəti biznes strukturunu sadələşdirəcək

09 Jun 2026, 20:20 1 baxış
bp şirkəti biznes strukturunu sadələşdirəcək
Böyük Britaniyanın bp şirkəti restrukturizasiya planını təqdim edib. Oxu.Az bu barədə bp-nin rəsmi saytına istinadən xəbər verir. Məlumata görə, iyulun 1-dən etibarən şirkətin bütün biznesi hazırkı üç bölmə - "istehsalat və əməliyyatlar" ("production and operations"), "qaz və aşağıkarbonlu energetika" ("gas and low carbon energy"), həmçinin "müştəri xidməti və məhsula nəzarət" ("customers and products)" əvəzinə iki əsas bölmədən - "hasilat" ("Upstream") və "emal"dan ("Downstream") ibarət olacaq. bp-nin rəhbəri Meq O'Nil hesab edir ki, yeni struktur şirkətin əməliyyat fəaliyyətini sadələşdirəcək və səmərəliliyi artıracaq. Yeni struktur barədə elandan sonra şirkətin səhmləri 2.2% ucuzlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər