Dünya

"Reuters": Avropa İttifaqı 90 Rusiya bankına sanksiya tətbiq edəcək

09 Jun 2026, 21:00 12 baxış
"Reuters": Avropa İttifaqı 90 Rusiya bankına sanksiya tətbiq edəcək
Avropa İttifaqı (Aİ) tərəfindən hazırlanan 21-ci sanksiyalar paketinə 90-ı Rusiya bankı olmaqla, ümumilikdə 170 təşkilat və fiziki şəxsin adının daxil edilməsi nəzərdə tutulur. Oxu.Az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, beynəlxalq əməliyyatlar həyata keçirən və sanksiyalara məruz qalan Rusiyanın maliyyə qurumlarının sayı ölkənin ümumi banklarının təxminən yarısını əhatə edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər