Dünya

Ermənistanda seçki ilə bağlı 100-dən çox cinayət işi qaldırılıb

09 Jun 2026, 19:24 3 baxış
Ermənistanda seçki ilə bağlı 100-dən çox cinayət işi qaldırılıb
Ermənistanın Antikorrupsiya Komitəsi 7 fevral 2026-cı il tarixindən etibarən seçki ilə bağlı korrupsiya cinayətlərinə dair 115 cinayət işi qaldırıb. Onlardan 77-si "Güclü Ermənistan" blokuna aiddir. Oxu.Az xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, işlərdən 25-i Çiçəklənən Ermənistan Partiyasının nümayəndələrinə, daha 13-ü isə "Ermənistan" blokuna qarşı qaldırılıb. Ümumilikdə 242 nəfər işin fiqurantına çevrilib. Onlardan 52 qanun pozucusu həbs edilib, 48-i barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib. 20 təqsirləndirilən şəxsə qarşı inzibati nəzarət tətbiq olunub, daha 19 nəfər isə axtarışa verilib. Xatırladaq ki, Ermənistanda parlament seçkisi iyunun 7-də keçirilib. Ermənistanın baş naziri Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası 49.8%, "Güclü Ermənistan" bloku 23.3%, "Ermənistan" bloku isə 9.9% səs qazanıb. Çiçəklənən Ermənistan Partiyası 3.9% səs toplayaraq parlamentə daxil ola bilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər