Dünya

Dünya çempionatının açılışına ev sahibliyi edəcək Mexikoda Osmanlı izi

09 Jun 2026, 18:36 1 baxış
Dünya çempionatının açılışına ev sahibliyi edəcək Mexikoda Osmanlı izi
2026 FIFA Dünya Kubokunun açılış matçının keçiriləcəyi Meksika paytaxtı Mexiko ölkənin yeganə Osmanlı nümunəsinə də ev sahibliyi edir. Oxu.Az xəbər verir ki, bu barədə "Hürriyet" məlumat dərc edib. Osmanlı mənşəli mühacirlərin müstəqillik simvolu olaraq vaxtı ilə Meksikaya hədiyyə etdikləri saat qülləsi şəhərin ən diqqətçəkən abidələri arasındadır. Şəhərin tarixi mərkəzində yerləşən Osmanlı Saatı (Reloj Otomano) Meksikanın paytaxtında bir vəfa nişanəsi kimi dayanır. Hər gün minlərlə turistin ziyarət etdiyi Mexikonun tarixi məkanında yerləşən Osmanlı Saatı təkcə memarlığı ilə deyil, daşıdığı məna ilə də diqqət çəkir. Məlumatda bildirilir ki, 1910-cu ildə Meksikanın müstəqilliyinin 100 illiyi münasibətilə Osmanlı əsilli türk, suriyalı və livanlı mühacirlər tərəfindən Meksika xalqına hədiyyə edilən saat qülləsi şəhərin diqqətçəkən rəmzi abidələrindən biridir.
Mənbə oxu.az

Oxşar Xəbərlər