Cəmiyyət

Mənzildə it, pişik saxlanılması ilə bağlı say məhdudiyyəti var - Qanun nə deyir? - VİDEO

05 Jun 2026, 05:00 4 baxış
Mənzildə it, pişik saxlanılması ilə bağlı say məhdudiyyəti var - Qanun nə deyir? - VİDEO
Ev heyvanları bir çox insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu mənzildə ev heyvanlarının saxlanılması ilə bağlıdır. Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydaları"nda qeyd olunur ki, baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərti ilə bir it və iki pişik saxlamağa icazə verilir.
Vurğulanır ki, baytarlıq və dövlət sanitariya nəzarəti orqanların rəsmi razılığı əsasında "canlı təbiət" guşələrində, uşaqlar üçün sosial xidmət müəssisələrində, yay və qış idman-sağlamlıq ocaqlarında, sanatoriya-kurort müəssisələrində (istirahət evlərində, pansionatlarda və s.) ev heyvanlarını saxlamaq olar. Bundan başqa, şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərin sərbəst gəzintisi təşkil edilə bilər. Təşkilatlarda, idarələrdə, müəssisələrdə gözətçi itlər yalnız xüsusi yerlərdə saxlanmalıdır. İri cins itlərin (senbernar, çoban iti, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və "Təhlükəlidir" sözü yazılmış lövhələr vurmağa borcludurlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər