Cəmiyyət
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
İyunun 5-də Bakının, Naxçıvanın və Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq. "Azərişıq" ASC-dən Oxu.Az-a verilən məlumata görə, bu, planlı təmir-bərpa və təftiş işləri ilə əlaqədardır. Fasilələr aşağıdakı ünvanları əhatə edəcək: Bakı şəhəri, Nizami rayonu (10:00 - 13:00): - 8-ci km Ticarət Mərkəzi və ətraf ərazilər; - Cəmşid Naxçıvanski küçəsinin bir hissəsi. Naxçıvan şəhəri (13:00 - 15:00): - Heydər Əliyev prospekti; - Vüqar Qasımov və Afiyəddin Cəlilov küçələri. Lənkəran rayonu: - 10:00-dan 13:00-dək: Şürük, Türkəkəran, Şıxakəran və Xolmili kəndləri; - 14:00-dan 16:00-dək: Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Viyən və Şilim kəndləri. Qeyd olunub ki, təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilərin elektrik təchizatı daha keyfiyyətli olacaq.
Mənbə
oxu.az