Cəmiyyət

Bu avtobusun hərəkət istiqamətində dəyişiklik... - Video

04 Jun 2026, 19:43 5 baxış
Bu avtobusun hərəkət istiqamətində dəyişiklik... - Video

Bakıda sərnişinlər 108A nömrəli marşrut avtobusunun sonuncu dayanacağa girməməsindən şikayətçidirlər.


Axar.az-ın Oxu.az-a istinadən məlumatına görə, onlar bildiriblər ki, nəqliyyat vasitəsini idarə edən sürücülər Goradildə qəbirstanlığın yanında sərnişinləri düşürür:


"Sürücü yolda vəziyyətin yaxşı olmadığını və avtobusun ora girə bilmədiyini deyib bizi qəbiristanlığın yanında düşürür, sonuncu dayanacağa getmir".


Məsələ ilə bağlı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, hazırda qeyd olunan ərazidə müşahidə edilən vəziyyət yol örtüyünün yararsız olması ilə bağlıdır:


"Mövcud şəraitdə asfalt örtüyünün əlverişsiz olması səbəbindən avtobusların həmin hissəyə daxil olması mümkün deyil. Bu səbəbdən müvəqqəti olaraq 108A saylı marşrut xətti üzrə avtobuslar Fatmayı istiqamətində hərəkət edərkən "Dəniz" marketdən sağa dönərək bağlar tərəfdən, hərbi sanatoriyanın yanından geri dönüş edirlər. Bununla bağlı operativ məlumat səhər saatlarında "BakuBus" MMC-nin rəsmi Teleqram kanalında paylaşılıb".


Mənbə axar.az

Oxşar Xəbərlər