Digər

Tramp buna görə Vensdən narazıdır - NYT

31 May 2026, 01:13 25 baxış
Tramp buna görə Vensdən narazıdır - NYT

ABŞ Prezidenti Donald Tramp özünün varisi kimi vitse-prezident Ceyms Devid Vensi seçib-seçməmək məsələsində tərəddüd edir.


Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadən məlumat yayıb.


Mənbələrin sözlərinə görə, Amerika lideri müşavirləri ilə söhbətlər zamanı tez-tez Vensin prezident seçkilərində sona qədər gedə bilib-bilməyəcəyini sual edir.


NYT yazır ki, Tramp adətən özü bu suala cavab verərək buna əmin olmadığını bildirir. Şəxsi söhbətlərdə ABŞ prezidenti Vensin nailiyyətlərini öz uğurları ilə müqayisə edir:


“Tramp Vensin yalnız onun dəstəyi ilə çətin seçkilərdə qalib gəldiyini, həmçinin vitse-prezidentin məzuniyyətdə keçirdiyi günlərin sayını vurğulayır. Tramp özü adətən məzuniyyət götürmür”.


ABŞ prezidenti həmçinin dəfələrlə qeyd edib ki, Vens ABŞ-ın İrana qarşı hərbi əməliyyata başlamasına qarşı çıxıb.

Mənbə axar.az

Oxşar Xəbərlər