Digər

ABŞ Yaxın Şərqdən qoşunlarını çıxarır? - Heqset

30 May 2026, 21:14 30 baxış
ABŞ Yaxın Şərqdən qoşunlarını çıxarır? - Heqset

Pentaqon İrana qarşı müharibə zamanı zərər görmüş ABŞ-ın Yaxın Şərqdəki bəzi bazalarından qoşunların çıxarılması ehtimalını istisna etmir.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset Sinqapurdakı ABŞ səfirliyində jurnalistlərlə söhbəti zamanı bildirib.


ABŞ-ın regiondakı bəzi bazalarının bərpasından imtina edib-etməyəcəyi və oradan qoşunları çıxarıb-çıxarmayacağı ilə bağlı suala cavab olaraq Heqset deyib:


“Bu qərarı Prezident Donald Tramp hansı istiqamətdə irəliləmək niyyətində olduğuna əsasən verəcək. Biz regiondakı tərəfdaşlıq əlaqələrimizi yüksək qiymətləndiririk. Bu qərarlar əldə olunacaq nəticələrə əsasən qəbul ediləcək”.

Mənbə axar.az

Oxşar Xəbərlər