İdman

Azərbaycanda futbolçular və azarkeşlər arasında dava - Video

29 May 2026, 19:15 1 baxış
Azərbaycanda futbolçular və azarkeşlər arasında dava - Video

Futbol üzrə Azərbaycan II Liqasının pley-off matçında keçirilən “Biləsuvar” - “Ağstafa Gəncləri” oyunundan sonra insident yaşanıb.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Biləsuvar azarkeşləri 0-3 hesablı məğlubiyyətdən sonra futbolçuların ünvanına xoşagəlməz ifadələr səsləndiriblər.


Yevlax şəhər stadionunda keçirilən qarşılaşma başa çatdıqdan dərhal sonra futbolçularla azarkeşlər arasında gərginlik yaranıb. Futbolçular tribunaya doğru hərəkət ediblər.


Polislərin və ətrafdakı şəxslərin müdaxiləsindən sonra sakitlik yaranıb.


Qeyd edək ki, “Ağstafa Gəncləri” 3-0 hesablı qələbə sayəsində II Liqada yerini qoruyub.

Mənbə axar.az

Oxşar Xəbərlər