Cəmiyyət

İnsanların axın etdiyi müqəddəs məkanın sirri: "Bu su üstlərinə düşsə..." - VİDEO

29 May 2026, 18:12 1 baxış
İnsanların axın etdiyi müqəddəs məkanın sirri: "Bu su üstlərinə düşsə..." - VİDEO
Naxçıvanda yerləşən Əshabi-Kəhf ziyarətgahında, xüsusilə Qurban bayramında böyük izdiham müşahidə olunur. Baku TV-nin məlumatına görə, ziyarətçilər qurbanlarını kompleksin aşağı hissəsindəki xüsusi məntəqədə kəsdikdən sonra ziyarətgahın yuxarı hissəsinə qalxaraq ibadətlərini yerinə yetirirlər.
Əshabi-Kəhf əsrlər boyu insanların inanc və ziyarət məkanı olub. Onun tarixinin çox qədim dövrlərə aid olduğu bildirilir. Tarixçi Asəf Orucov bildirib ki, Əshabi-Kəhfdə qədim türk inanc sistemlərinin izlərinə də rast gəlmək mümkündür. Burada ağac, daş və su kultları ilə bağlı inanclar mövcuddur. "İnanca görə, burada tavandan daman suyun insanın üzərinə düşməsi niyyət və arzularının qəbul olunacağına işarə sayılır. Sovet hakimiyyəti illərində Əshabi-Kəhfin ziyarət edilməsinə icazə verilmirdi. Buna baxmayaraq, insanlar gizli şəkildə, hətta gecə saatlarında belə buraya ziyarətə gəlirdilər", - deyə o, sözlərinə əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər