İdman

PSJ futbolçularına Çempionlar Liqasında qələbəyə görə veriləcək mükafatın məbləği açıqlandı

29 May 2026, 18:48 1 baxış
PSJ futbolçularına Çempionlar Liqasında qələbəyə görə veriləcək mükafatın məbləği açıqlandı
PSJ futbol klubunun oyunçuları UEFA Çempionlar Liqasının (ÇL) finalında "Arsenal"a qalib gələcəkləri təqdirdə bonus olaraq hərəyə təxminən bir milyon avro qazanacaqlar. Oxu.Az bu barədə "L'Équipe" nəşrinə istinadən xəbər verir. Parislilər ötən mövsüm Çempionlar Liqasının finalında "İnter"i darmadağın etdikləri (5:0) zaman da eyni məbləğdə mükafat almışdılar. Qeyd olunur ki, PSJ-də ÇL-nin dörddəbir final və yarımfinal mərhələlərindəki qələbələrə görə verilən mükafatlar nisbətən azdır. Qeyd edək ki, PSJ və "Arsenal" arasında final görüşü mayın 30-da Budapeştdə keçiriləcək, oyunun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər