Dünya

ABŞ-də zavodda partlayış: İtkin düşmüş işçilərin cəsədləri tapıldı

29 May 2026, 11:02 21 baxış
ABŞ-də zavodda partlayış: İtkin düşmüş işçilərin cəsədləri tapıldı
ABŞ-nin Vaşinqton ştatının cənubundakı sellüloz-kağız zavodunda kimyəvi çənin partladığı ərazidə axtarış aparan xilasedicilər daha əvvəl itkin düşdüyü hesab edilən altı işçinin cəsədini tapıblar. Oxu.Az-ın "RİA Novosti" agentliyinə istinadən xəbərinə görə, bu barədə Vaşinqton ştatının Koulits dairəsi üzrə Yanğından Mühafizə İdarəsinin batalyon rəisi Mett Amos jurnalistlərə məlumat verib. "Biz doqquz işçidən altısının öldüyünü təsdiqləyə bilərik", - deyə o bildirib. Vaşinqtonda zavodda baş verən partlayış barəsində mayın 27-də məlum olub. Hadisə nəticəsində bir nəfər öldüyü, doqquz nəfərin itkin düşdüyü bildirilirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər