Dünya

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşının evində 300 qızıl külçə tapıldı

29 May 2026, 01:48 2 baxış
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşının evində 300 qızıl külçə tapıldı
ABŞ-də Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Devid Raş 40 milyon dollar dəyərində 300 qızıl külçənin oğurlanması ittihamı ilə həbs edilib. Oxu.Az bu barədə CBS telekanalına istinadən xəbər verir. Qeyd olunub ki, müstəntiqlər külçələri keçmiş xüsusi xidmət əməkdaşının evində aşkar ediblər. Bildirilib ki, hər bir külçənin çəkisi bir kiloqramdan çox olub. Bundan əlavə, evdə böyük məbləğdə nağd pul da gizlədilib. Əməliyyatçılar iki milyon dollar və 35 ədəd lüks saat müsadirə ediblər. İddialara görə, Raş bütün bunları iş yerindən evə gətirib. Raş təkcə oğurluqda deyil, həmçinin "şişirdilmiş maaş almaqda və hərbi xidmət məzuniyyətini dələduzluq yolu ilə rəsmiləşdirməkdə", eləcə də silahlı qüvvələrdə xidməti və təhsili ilə bağlı yalan məlumat təqdim etməkdə şübhəli bilinir. Hazırda saxlanılan şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün keçiriləcək məhkəmə iclasını gözləyərək nəzarət altında saxlanılır. Məhkəmə dinləmələri iyunun 5-nə təyin olunub.
{{gallery}}
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşının evində 300 qızıl külçə tapıldı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşının evində 300 qızıl külçə tapıldı
Mənbə oxu.az

Oxşar Xəbərlər