İdman
Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılır
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Motor” klubundan ayrılır.
Axar.az xəbər verir ki, bu barədə Lublin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 27 yaşlı hücumçu ilə iyunun 30-da başa çatacaq müqavilənin müddəti uzadılmayacaq.
Qeyd edək ki, “Motor” klubuna ötən ilin iyul ayında qoşulan Renat Dadaşov bu komandanın heyətində 22 oyun keçirib.
Mənbə
axar.az