İdman

Bu oyunda Qurbanovun iştirakı yersiz idi - Məmmədov

28 May 2026, 23:56 1 baxış
Bu oyunda Qurbanovun iştirakı yersiz idi - Məmmədov

Xəbər verdiyimiz kimi, 2026/27 mövsümü üçün Misli Premyer Liqasına vəsiqə qazanmaq uğrunda bu gün "Mingəçevir" "Qəbələ"yə 0:2 hesabı ilə məğlub olub.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov matçdan sonra oyun barədə fikirlərini bölüşüb:


"Mən heç vaxt hakimlikdən narazı qalan məşqçi olmamışam. Amma açıq deyirəm, bu oyunda Tural Qurbanovun iştirakı yersiz idi. Bütün cərimə zərbələri bizim əleyhimizə verilirdi. Biz döyüşkən komandayıq. Şansımız var idi, amma olmadı. I Liqa klubu ilə Premyer Liqa komandaları arasında büdcə və keyfiyyət fərqi var. Ədalətli rəqabəti təmin etmək üçün bu məqamlar nəzərə alınmalıdır".

Mənbə axar.az

Oxşar Xəbərlər