Dünya

Ukrayna İsveçdən 16 ədəd qırıcı alacaq

28 May 2026, 22:12 3 baxış
Ukrayna İsveçdən 16 ədəd qırıcı alacaq
İsveçin Baş naziri Ulf Kristersson və Ukrayna Prezidenti Volodimir Zelenskinin birgə mətbuat konfransı zamanı Stokholmun Kiyevə "JAS 39 Gripen C/D" modifikasiyalı ilk 16 ədəd "Gripen" qırırıcısını təhvil verəcəyi məlum olub. Oxu.Az TSN-ə istinadən xəbər verir ki, qırıcıların təhvil verilməsi 2027-ci ildə baş tutacaq. Zelenski və Kristersson ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinə dair bəyannamə imzalayıblar. Sənədə əsasən, Ukrayna 2030-cu ilə qədər tədarük edilməli olan daha 22 ədəd "Gripen" qırıcısı satın alacaq. Ukrayna prezidenti öz növbəsində bildirib ki, Ukrayna "Gripen" qırıcılarını növbəti 10 ay ərzində almağı gözləyir.
Mənbə oxu.az

Oxşar Xəbərlər