İdman

"Qəbələ" Premyer Liqada qaldı

28 May 2026, 21:05 3 baxış
"Qəbələ" Premyer Liqada qaldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış etmək uğrunda pley-off matçı keçirilib.


Axar.az xəbər verir ki, həlledici görüşdə "Qəbələ" və "Mingəçevir" komandaları üz-üzə gəlib.


Sumqayıtdakı "SOCAR Polymer Arena"da reallaşan matç "Qəbələ"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "qırmızı-qaralar" Premyer Liqada qalıb.


"Mingəçevir" isə növbəti ildə də I Liqada mübarizə aparacaq.


Xatırladaq ki, başa çatan mövsümdə "Qəbələ" Premyer Liqada 11-ci yeri, "Mingəçevir" isə I Liqada 2-ci pilləni tutmuşdu.

Mənbə axar.az

Oxşar Xəbərlər