Dünya

Çin Niderlandı ərazi suverenliyini pozmaqda ittiham edib

28 May 2026, 19:36 1 baxış
Çin Niderlandı ərazi suverenliyini pozmaqda ittiham edib
Çin hökuməti Niderland hərbi gəmisinin Cənubi Çin dənizində ölkənin ərazi sularına daxil olduğunu bəyan edib. Ox.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, söhbət Parasel adaları akvatoriyasından keçən "De Ruyter" freqatından gedir. Bu arxipelaq üzərində nəzarət 1974-cü ildə Çin tərəfindən bərqərar edilib, lakin Vyetnam və Tayvan da adalara iddia irəli sürürlər. Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjay Şiçen freqatı Çinin ərazi suverenliyini, həmçinin dəniz və hava təhlükəsizliyini pozmaqda ittiham edib. Niderland Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Çin tərəfinin ittihamlarını təkzib edirlər. "Freqat ərazi sularında olmayıb. O, beynəlxalq hüquqa uyğun fəaliyyət göstərir", - deyə Niderland HDQ-nin nümayəndəsi Marinka Hiraldo Vos-van Kooten bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər