İdman

Avropa çempionatı: Millimiz turnirə qələbə ilə başladı

28 May 2026, 19:15 3 baxış
Avropa çempionatı: Millimiz turnirə qələbə ilə başladı

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.


Axar.az xəbər verir ki, F qrupunda yer alan Elşad Quliyevin rəhbərlik etdiyi komanda Avstriya yığması ilə üz-üzə gəlib.


“Tipos Arena”da keçirilən qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Millimizin yeganə qolunu 36-cı dəqiqədə İsa Atayev vurub.


Qeyd edək ki, Azərbaycan millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə qarşılaşacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər