Dünya

ABŞ diplomatik missiyası Kiyevi tərk edib

28 May 2026, 10:28 24 baxış
ABŞ diplomatik missiyası Kiyevi tərk edib
Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallas ABŞ diplomatik missiyasının Kiyevi tərk etdiyini bildirib. O, Avropa səfirliklərinin isə sözügedən ölkədə qaldıqlarını qeyd edib. Oxu.Az xəbər verir ki, Kallas bu barədə Kiprdə Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən jurnalistlərə açıqlamasında danışıb. "Dünən (27 may) Ukraynadan eşitdiklərimizə görə, biri istisna olmaqla, bütün səfirliklər yerindədir... Bütün avropalılar qaldı, ABŞ isə getdi", - deyə o söyləyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər