İdman
Avropa çempionatı: Azərbaycan Avstriyaya qarşı - FOTO
Bu gün minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın paytaxtı Bratislavada ötən gün start götürən Avropa çempionatında ilk oyununu keçirəcək. Oxu.Az xəbər verir ki, millimiz Avstriya yığması ilə üz-üzə gələcək. "Tipos Arena"dakı matç Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Elşad Quliyevin baş məşqçisi olduğu komanda mayın 29-u və 30-da F qrupunda İtaliya və Fransa milliləri ilə qarşılaşacaq.
Mənbə
oxu.az