Cəmiyyət

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

28 May 2026, 00:43 15 baxış
Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

Gürcüstanın paytaxtı Tiflisin rəmzi olan abidələrdən biri - Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.


Axar.az Report-a istinadən xəbər verir ki, 28 May – Müstəqillik Günü münasibətilə Tiflisdə Azərbaycan bayrağının rənglərinə bürünmüş işıq şousu təşkil olunub.


Şəhərin memarlıq simvollarından biri olan Sülh körpüsü Azərbaycan bayrağının mavi, qırmızı və yaşıl rəngləri ilə işıqlandırılıb.


Aksiya Azərbaycanın milli bayramına dost Gürcüstanın diqqət və ehtiramının göstəricisi kimi qiymətləndirilir.


Qeyd edək ki, Tiflisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə simvolik abidələrin işıqlandırılması artıq bir neçə ildir ənənəyə çevrilib və yerli ictimaiyyət tərəfindən müsbət qarşılanır.

Mənbə axar.az

Oxşar Xəbərlər