Cəmiyyət
Cəbrayılda Bərəkət Festivalı: Azad olunmuş Horovlu kəndində Qurban bayramı - VİDEO
Hər yerdə olduğu kimi, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndində də Qurban bayramı qeyd edilir. Doğma yurdlarına qayıdan sakinlər uzun fasilədən sonra bu müqəddəs bayramı öz evlərində qarşılamağın qürurunu yaşayırlar. Qeyd edək ki, bayram münasibətilə kənddə "Qurban Yarmarkası - Bərəkət Festivalı" təşkil olunub. Oxu.Az xəbər verir ki, uzun illərin həsrətindən sonra öz torpaqlarında bayram keçirən kənd sakinləri təəssüratlarını Baku TV ilə bölüşüblər.
"Mənim üçün çox xoşdur. 33 ildən sonra kəndimizə qayıtmışıq. Ən gözəl təəssüratım odur ki, bu gün hamı bir araya toplaşaraq Qurban bayramını burada qeyd edir. Bu anları yaşamaq mənim üçün böyük xoşbəxtlikdir", - onlardan biri söyləyib. Digər bir sakin isə doğma torpaqda bayram keçirməyin izaholunmaz bir hiss olduğunu vurğulayıb: "Neçə ildən sonra ilk dəfədir ki, öz torpağımızda Qurban bayramını qeyd edirik. Bu, çox böyük duyğudur. İnanın ki, hazırda sevincdən ağlamaq dərəcəsindəyəm. Çünki biz bu günü həsrətlə gözləmişik".

Mənbə
oxu.az