Cəmiyyət

Bakıda sel sularının qəzalı vəziyyətə saldığı yolda son vəziyyət - VİDEO

27 May 2026, 15:12 2 baxış
Bakıda sel sularının qəzalı vəziyyətə saldığı yolda son vəziyyət - VİDEO
Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci kilometrliyində bərpa işlərinə başlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək. Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək. Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər