Cəmiyyət
Azərbaycanda bayram tətili başlayıb
Azərbaycanda bayram tətili başlayıb. Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinin 2 dekabr 2025-ci il tarixli qərarına əsasən, bu il mayın 27 və 28-i Qurban bayramıdır. Müstəqillik günü (28 may) iş günü hesab edilmir. Əmək Məcəlləsinə görə, Qurban bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Bu il Qurban bayramı Müstəqillik günü ilə üst-üstə düşdüyü üçün növbəti gün - 29 may istirahət günüdür. Eyni zamanda, bu il 30 may şənbə, 31 may bazar gününə təsadüf edir. Beləliklə, 27, 28, 29, 30 və 31 mayda ardıcıl iş olmayacaq.
Mənbə
oxu.az