Cəmiyyət
Zərdabda yağan leysan yağışları ciddi fəsadlar törədib: Zirzəmiləri su basıb - VİDEO
Zərdab rayonunda yağan leysan xarakterli güclü yağışlar ciddi fəsadlar törədib. Ən çox ziyan dəyən ərazilərdən biri rayonun Azərbaycan küçəsi olub. Burada çoxmənzilli yaşayış binalarının zirzəmiləri, həyətyanı sahələri və küçələr su altında qalıb. Nəticədə nəqliyyatın hərəkəti dayanıb, sakinlərin binalara giriş-çıxışında ciddi çətinliklər yaranıb. Yağan intensiv yağışlarla yanaşı, qrunt sularının qalxması da vəziyyəti daha da ağırlaşdırıb. Rayon sakinləri mövcud vəziyyəti Baku TV-yə belə izah ediblər:
"Artıq 3-4 dəfədir belə hadisə baş verir. Amma bu dəfə lap güclü oldu. Bir az da çox yağsaydı, su evin içinə girərdi. Hazırda suyun səviyyəsi 30 santimetrdir, axşam isə daha çox idi". Leysan yağışlarının yaratdığı oxşar problemlər Qumlu yaşayış massivində, eləcə də rayonun digər küçə və prospektlərində də müşahidə olunub. Fəsadların aradan qaldırılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və xüsusi texnikası cəlb edilib.

Mənbə
oxu.az