Cəmiyyət

Azərbaycanda bayram tətili başladı

27 May 2026, 00:18 2 baxış
Azərbaycanda bayram tətili başladı

Azərbaycanda bayram tətili başlayıb.


Axar.az xəbər verir ki, Nazirlər Kabinetinin 2 dekabr 2025-ci il tarixli qərarına əsasən, bu il mayın 27, 28-i Qurban bayramıdır.


Müstəqillik günü (28 may) iş günü hesab edilmir. Əmək Məcəlləsinə görə, Qurban bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.


Bu il Qurban bayramı Müstəqillik günü ilə üst-üstə düşdüyü üçün növbəti gün – 29 may istirahət günüdür. Həmçinin, bu il 30 may şənbə, 31 may bazar gününə təsadüf edir.


Beləliklə, 27, 28, 29, 30 və 31 mayda ardıcıl iş olmayacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər