Cəmiyyət
Gömrükdə böyük narkotik əməliyyatı - VİDEO
Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Oxu.Az quruma istinadən xəbər verir ki, "Mazımqara" gömrük postunda İran İslam Respublikasından Gürcüstana "qarpız" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib. Yükdə şübhəli cizgilər müşahidə olunduğundan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı içərisində "qarpız" yükü olan qutuların alt hissəsində xüsusi üsullarla gömrük nəzarətindən gizlədilən qablaşdırma aşkarlanıb. Nəticədə qablaşdırma ilə birlikdə ümumi çəkisi 110 kiloqram 300 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək dövriyyədən çıxarılıb.
{{gallery}}

Mənbə
oxu.az