Cəmiyyət

Azərbaycanın xarici dövlət borcu azalıb - Nazir

26 May 2026, 22:24 1 baxış
Azərbaycanın xarici dövlət borcu azalıb - Nazir

Bir sıra istiqamətlərdə çox ciddi nəticələr əldə etmişik. Qeyri-neft ixracı üzrə nominal rəqəmlərimiz artıbdır. Bütün parametrlər üzrə müsbət irəliləyişlər gözlənilir və mən düşünürəm ki, qarşıya qoyulmuş hədəfləri icra etdikcə biz daha yaxşı nəticələri əldə edəcəyik.


Axar.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib.


Nazir vurğulayıb ki, makro çərçivədə bütün parametrlər müsbət dinamikadadır:


“Paralel olaraq xarici dövlət borcumuz azalıb. Əhalinin nominal gəlirləri 8,08 faiz artıb, orta əmək haqqı isə 7 faizdən çox artıb və bu o deməkdir ki, sosial rifah göstəriciləri də təmin olunub”.

Mənbə axar.az

Oxşar Xəbərlər