Cəmiyyət

Məmmədli kəndində heyvan bazarının fəaliyyəti bərpa edilib - FOTO - VİDEO

26 May 2026, 19:30 1 baxış
Məmmədli kəndində heyvan bazarının fəaliyyəti bərpa edilib - FOTO - VİDEO
Abşeron rayonunun Məmmədli kəndində yerləşən heyvan bazarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, bazarın giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, həmçinin baytar həkiminin nəzarəti üçün məntəqə tikilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Masallı və Ağsu rayonlarındakı heyvan bazarlarının fəaliyyəti bərpa olunub.
{{gallery}}
Məmmədli kəndində heyvan bazarının fəaliyyəti bərpa edilib - FOTO - VİDEO Məmmədli kəndində heyvan bazarının fəaliyyəti bərpa edilib - FOTO - VİDEO Məmmədli kəndində heyvan bazarının fəaliyyəti bərpa edilib - FOTO - VİDEO Məmmədli kəndində heyvan bazarının fəaliyyəti bərpa edilib - FOTO - VİDEO Məmmədli kəndində heyvan bazarının fəaliyyəti bərpa edilib - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər