Cəmiyyət
"Bembi"nin Zəngilandakı macəraları - FOTO - VİDEO
May ayının 26-da işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin etibarlı mühafizəsi və müdafiəsi üzrə xidməti-döyüş fəaliyyətini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçuları Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar ediblər. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, hərbi qulluqçularımız nadir fauna nümunəsinə həssaslıq və qayğı ilə yanaşıblar. Sərhədçi baytar həkimin ilkin tibbi yardımından sonra zəruri tədbirlər görülərək cüyür balasının təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.
Məşhur cizgi filminin qəhrəmanı "Bembi"ni xatırladan cüyür balasının aidiyyəti dövlət qurumuna təhvil verilməsi istiqamətində hazırda müvafiq tədbirlər görülür. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin mühafizəsi ilə yanaşı, ətraf mühitin və biomüxtəlifliyin qorunması, nadir və nəsli kəsilməkdə olan fauna növlərinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin daim diqqət mərkəzində saxlanılır. Xidməti ərazilərdə ekoloji təhlükəsizliyin təmin olunması, təbii sərvətlərin qorunması və ekosistemin mühafizəsi məqsədilə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində ardıcıl tədbirlər həyata keçirilir.
{{gallery}}

Mənbə
oxu.az