Cəmiyyət

İrandan 35 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

26 May 2026, 17:58 8 baxış
İrandan 35 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana 35 kiloqramdan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.


Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.


Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqram 200 qram narkotik vasitə marixuana və 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.


Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər