Cəmiyyət

Onlara Dövlət mükafatları verildi - Adlar

26 May 2026, 16:57 6 baxış
Onlara Dövlət mükafatları verildi - Adlar

Prezident İlham Əliyev 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.


Axar.az sərəncamın mətnini təqdim edir:


2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət mükafatları aşağıdakı şəxslərə verilsin:


Elm sahəsi üzrə


Asəf Hacı oğlu Hacıyev – “Çoxölçülü reqressiya analizi və süni intellekt” kitabına görə


Tarix Meyrut oğlu Dostiyev – Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə


Mədəniyyət sahəsi üzrə


Eldar Hidayət oğlu Mikayılzadə – “Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixinə görə.

Mənbə axar.az

Oxşar Xəbərlər