Cəmiyyət

Azərbaycanda ən yaşlı seçici qadının 136 yaşı var

26 May 2026, 15:34 11 baxış
Azərbaycanda ən yaşlı seçici qadının 136 yaşı var
Azərbaycanda ən yaşlı seçici qadındır. Oxu.Az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında komissiya sədri Məzahir Pənahov bildirib. O qeyd edib ki, hazırda ölkədə ən yaşlı seçici 136 yaşlı Tamam Əli qızı Əzizovadır. O, 1890-cı ildə Lənkəran rayonunda anadan olub, hazırda 78 saylı Dairə Seçki Komissiyasının 38 saylı məntəqəsinin ərazisindəndir. Azərbaycanda ən yaşlı kişi seçici isə Tovuz rayon sakinidir. 1920-ci il təvəllüdlü Fərrux Səməd oğlu Hacıyev Tovuz rayonu 107 saylı Dairə Seçki Komissiyasının 11 saylı məntəqəsində qeydiyyatdadır. M.Pənahov qeyd edib ki, Azərbaycanda yaşı 100 və yuxarı olan seçilərin sayı 209 nəfərdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər